İbadov Elçin

Haqqında

Mən, İbadov Elçin İsmayıl oğlu 14 avqust 1988-ci ildə Laçın rayonu Alıqulu kəndində anadan olmuşam. 1994-2003-cü illərdə Rəşid Baxışov adına 218 saylı 9 illik natamam orta məktəbi, 2005-ci ildə isə Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyi bitirmişəm....Ətraflı

Natamam orta təhsil

1994-2003

218 saylı natamam orta məktəb.

Orta təhsil

2003-2005

Fizika,riyaziyyat və informatika təmayüllü lisey.

Bakalavr - Natamam Ali təhsil

2005-2009

Azərbaycan Dövlət İqtisad Universiteti.

Magistr - Ali təhsil

2012-2013

University of Southampton

İngiltərənin Sousampton Universiteti-Magistr.

ACCA

ACCA-Association of Chartered Certified Accountants

ACCA imtahanlarında finalist.

İş Təcrübəsi

2013-Avqust Baker Tilly Azərbaycan QSC

Baker Tilly Azərbaycan QSC-də 1-ci dərəcəli audit üzrə köməkçi menecer vəzifəsində çalışıram.

Tərcümeyi Hal

Mən, İbadov Elçin İsmayıl oğlu 14 avqust 1988-ci ildə Laçın rayonu Alıqulu kəndində anadan olmuşam. 1994-2003-cü illərdə Rəşid Baxışov adına 218 saylı 9 illik natamam orta məktəbi, 2005-ci ildə isə Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyi bitirmişəm. Elə həmin il 649 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşam və 2009-cu ildə oranı Mühasibat uçotu və Audit ixtisası üzrə bitirmişəm. Universitet illərində "Gənclərin mədəniyyətlərarası mübadilə proqramı" əsasında Amerika Birləşmiş Ştatlarının Nyu York və Viskonsin ştatlarında ingilis dilini öyrənmiş və həmin ştatlarda özəl sektorlarda işləmişəm. Bakalavr təhsilimi bitirdikdən sonra 2009-2010-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə olmuşam. Magistr təhsilimi 2012-2013-cü illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində İngiltərənin Sausampton Universitetində (University of Southampton) Mühasibat uçotu və Maliyyə ixtisası üzrə almışam və diplom işi üzrə elmi araşdırmam fərqlənmə ilə qiymətləndirilib. Həmin universitetdə azərbaycanlı tələbələrin qruplaşdırılmasında və cəmiyyət kimi qeydiyyata alınmasında fəal iştirak etmişəm. Magistr təhsilimi bitirdikdən sonra 2013-cü ilin avqust ayında Azərbaycan Respublikasına qayıtmış və həmin ilin oktyabr ayından Baker Tilly Azərbaycan QSC-də audit üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş və hər il vəzifə artımı almışam. Hal-hazırda həmin müəssisədə 1-ci dərəcəli audit üzrə köməkçi menecer vəzifəsində çalışıram. Ailəliyəm, övladım yoxdur.

İbadov Elçin İsmayıl oğlu
121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədin platforması

Dağlıq Qarabağ probleminin həll edilməsi və işğalda olan torpaqların azad edilməsi üçün gedən danışıqlarda bir deputatın səlahiyyəti daxilində olan mümkün imkanlardan istifadə edilməsi və beynəlxalq təşkilatlarda bu məsələnin ədalət üçün qaldırılması.

Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanlara, məcburi köçkünlərin sıx məskunlaşdığı yaşayış massivlərində lazımi infrastrukturun inkişaf etdirilməsinə hökumət tərəfindən göstərilən diqqətin düzgün çatdırılması.

Gənc ailələrə uşaq pulunun verilməsi, sosial-iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənmiş qanun layihələrinin müzakirəyə çıxarılması və qəbulunda yaxından iştirak etmək.

Laçınlılar arasında Millət vəkili obrazının köklü şəkildə dəyişdirilməsi:
  • Hökümət və xalq arasında əlaqənin düzgün qurulması.
  • Taxta körpüdə daimi qərargahın yaradılması, daimi nümayəndə və özüm tərəfindən vaxtaşırı seçicilərin qəbul edilməsi, şikayətlərin dinlənilməsi, Laçın rayonundan olan və müxtəlif rayonlarda yerləşən seçicilərlə yaşayış yerlərində görüşlərin keçirilməsi.
  • Şikayətlərə baxılmasını sürətləndirmək üçün müvafiq qurumların köməkliyi ilə informasiya-kommunikasiya texnologiyalarının yeni nailiyyətlərinin tətbiqinə çalışılması.
  • Seçicilərə münasibətdə «İnanın, Seçin, Tələb edin» prinsipinin gözlənilməsi.

Gənclərin ölkə daxilində keyfiyyətli təhsil alması ilə yanaşı, onların dövlət hesabına xaricdə təhsil almaları üçün qanun layihələrinin müzakirəyə çıxarılması, peşəkar kadr kimi vətənə dönmələri,əldə etdiyi bilik və bacarıqlarının dövlətə və xalqa yararlı şəkildə istifadə edilməsi.

Müxtəlif sahələrdə fəaliyyət göstərən gənc kadrların peşəkarlıq səviyyəsinin artırılmasına və şəxsi inkişaflarına yönəldilmiş fəaliyyətlərinə dəstək göstərilməsi.

Məcburi köçkünlərin uğurlu sahibkarlıq fəaliyyətində dövlət tərəfindən xüsusi dəstəklərin göstərilməsi üçün qanun layihələrinin müzakirəyə çıxarılması və qəbul edilməsinə çalışılması.

121 saylı Laçın seçki dairəsindən deputatlığa namizəd İbadov Elçin İsmayıl oğlu
Yaxın qohumlar

Atası - İbadov İsmayıl Çıraq oğlu

İbadov İsmayıl Çıraq oğlu 1960-cı ildə Laçın rayonu Alpout kəndində anadan olmuş, 1978-1983-cü illərdə M.F. Axundov adına Rus dili və ədəbiyyatı institutunda təhsil almış, 1983-1992-ci illərdə Laçın rayonu Vağazin, Alıqulu kəndlərində müəllim kimi fəaliyyət göstərmişdir. Erməni təhlükəsi yaranan zaman özünümüdafiə dəstələrində rayonun müxtəlif kəndlərində ermənilərə qarşı mübarizədə iştirak etmişdir. İşğaldan sonra Hava Hücumundan Müdafiə qoşunlarında alay komandirinin təlimin təşkili işləri üzrə müavini vəzifəsində hərbi xidmətini davam etdirib. 1994-cü ilin oktyabr ayından, ordudan təxlis olunandan sonra Azərbaycan Dövlət Neft şirkətində fəaliyyətə başlamış, hazırda Bahar BEOK da buruq ustası işləyir.

Anası - İbadova Zərifə Bahadur qızı

İbadova Zərifə Bahadur qızı 1962-ci ildə Laçın rayonu Alıqulu kəndində anadan olub. M.F. Axundov adına rus dili və ədəbiyyat institutuna qəbul olmuş, 1987-ci ildən bu günədək müəllimlik fəaliyyətinə davam edir.

Əmisi - Hüseynov Famil

Hüseynov Famil Lomonosov adına Moskva dövlət universitetini qırmızı diplomla bitirmiş, orada qalaraq, kosmik-kimya biologiya üzrə magistratura, sonra doktorantura müdafiəsi etmişdir. Uzun müddət bu universitetdə işləmişdir.

Əmisi - Hüseynov Eldar

Hüseynov Eldar Laçın rayonu Alpout kəndində anadan olub. Azərbaycan Dövlət İdman Akademiyasına daxil olmuş, orada oxuya-oxuya Laçın rayonunda müəllimlik etmişdir. Rayon gənclərinin sağlam ruhda böyüməsi üçün çalışmışdır.

Əmisi - İbadov Əhliyyət

İbadov Əhliyyət Laçın rayonu Alpout kəndində anadan olub. Leninqrad Meşəçilik Akademiyasını bitirmiş, Laçın,Yardımlı, Ağcəbədi rayonlarında meşə təsərrüfatı idarələrinə rəhbərlik etmiş, bu regionlarda yeni meşələrin salınmasında, ekologiyanin qorunmasında böyük rol oynamışdır. Azərbaycan Ekologiya Nazirinin birinci müavini işləmişdir.Ömrünün son illərinə kimi bu nazirlikdə çalışmışdır.

Əmisi - İbadov Haqverdi

İbadov Haqverdi 1957-ci il Laçın rayonu Alpout kəndində anadan olub. 1975-ci ildə Tibb İnstitutuna daxil olub. 1981-ci ildə bitirərək Laçın rayonunda Tibbi fəalliyətə başlayıb. Azərbaycan Müstəqillik əldə etdiyi gündən Azərbaycan Ordusu sıralarında həkim kimi çalışmağa başlamışdır. Polkovnik Leytenant rütbəsinə kimi yüksəlmişdir. Hərbi xidmətlərinə görə mükafatlara layiq görülüb. Son illərdə Tibb Universitetinin Hərbi kafedrasında müəllim işləmişdir. 08.10.2014-cu ildə yol qəzasında vəfat edib.

Bibisi - Paşayeva Səfa

Paşayeva Səfa 1949-cu ildə Laçın rayonu Alpout kəndində anadan olub. 1969-cu ildə Xalq Təsərrüfatı İnstitutunu qırmızı diplomla bitirmişdir. Daha sonra Laçın rayonunda müəllimlik fəaliyyəti ilə məşğul olub.

Bibisi - İbadova Sara

İbadova Sara 1952-ci ildə Laçın rayonu Alpout kəndində anadan olub. M. F. Axundov adına APİ-ni rus dili və ədəbiyyatı fakültəsini bitirmişdir. 1975- 1992-ci illərdə Laçın ratonunun Pircahan kəndində, 1992-1997-ci illərdə Mingəçevir şəhərində və 1997-ci ildən Bakı şəhərində müəllimlik fəaliyyəti ilə məşğuldu.

Dayısı - İbadov Kamil

İbadov Kamil Laçın rayonu Alpoudda doğulub.1966-ci ildə məktəbi qızıl medalla bitirib.1966-1972 ci illərdə N.Nərimanov adına Tibb institutunda təhsil alıb ve qırmızı diplomla başa vurub. 1972-1975-ci illərdə Yevlax rayon Mülki Aviasiya dəstəsində həkim işləmişdir.1975-ci il Sumqayıt Təcili yardım xəstəxasında həkim daha sonra şöbə mudiri. 1984-cu ilde Sumqayıt Bərpa xəstəxanasında Şöbə müdiri, son 10 ildə isə baş həkim vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Respublikanın Əməkdar Həkimi” adına layiq görülmüşdür. Hal-hazırda pensiyadadır.

Dayısı - Hüseynov Elman

Hüseynov Elman 4 aprel 1954-cü ildə Laçın rayonu Alpout kəndində doğulmuşdur. 1976-1982-ci ildə Nərimanov adına Tibb institutunda təhsil almışdır. 1990-1995-ci illərdə Sumqayıt Bərpa xəstəxanasında, 1995-2018-ci illərdə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz yardım stansiyasında çağırışçı həkim vəzifəsində çalışmışdır. 27 iyul 2018-ci ildə vəfat etmişdir.

Xalası - Əliyeva Qəmər

Əliyeva Qəmər, Laçın rayonu Alpout kəndində anadan olub.11-ci sinfi qızıl medal ilə bitirmiş, Azərbaycan Dövlət Tibb İnstitutuna əla qiymətlərlə daxil olaraq 1971-ci ildə isə fərqlənmə diplomu ilə başa vurmuşdur. 1971-2018-ci illər arasında müxtəlif vəzifələrdə həkimlik fəaliyyətini davam etdirmişdir. Əmək veteranıdır, SSSR-i Silahlı Qüvvələrinin ehtiyyatda olan zabiti olub.

Free Web Hosting